QALMAQAL-ABŞ kəşfiyyatı Rusiya müxalifətini QHT-lər vasitəsilə maliyyələşdirir

QALMAQAL-ABŞ kəşfiyyatı Rusiya müxalifətini QHT-lər vasitəsilə maliyyələşdirir

9 Dekabr 2011 00:01
Bəyəndim (0) Bəyənmədim (0)
Rusiya mətbuatı məxfi sənədləri yaydı

Lifenews.ru saytının məlumatına görə, redaksiya 60 mb həcmində göndərilən məxfi sənədləri əldə edib. Məktub xarakterli sənədlərdə Rusiyadakı seçkilərin antireklamı üçün ABŞ-ın maliyyə vəsaiti ayırdığı sübut olunur. Belə ki, Rusiyanın "Голос (Səs)" adlı Qeyri Hökumət Təşkilatlarının (QHT) Assosiasiyası bu barədə birbaşa ABŞ-dan təlimat alırdı. Təşkilatın rəhbəri Liliya Şibanova müavini Georgiy Melkonyansla yazışarkən bəzi məqamlara aydınlıq gətirilib. Başqa yazışmalarda da məxfi əməkdaşlıq haqda qeydlər yer alır. Məsələn, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) analitiki Georgiy Melkonyansa "Голос" təşkilatı barədə qeydlərini göndərərək yazır: "sizdən çatışmayan sənədləri də gözləyirik".

Lifenews.ru saytının fikrincə, çatışmayan sənəd dedikdə, Rusiya dövlətinə qarşı QHT-lərin topladığı sənədlər nəzərdə tutulur.

"Голос" təşkilatının fəallarından olan Andrey Suvorovun Georgiy Melkonyansa yazdığı məktub da deyilənləri sübut edir:

"Salam. İstərdim ki, bizim indiki işimizin də şərtlərini müəyyən edək. Biz bildiyimizə görə ödəniş işəmuzddur. Bir qayda pozuntusuna görə verəcəyim dəqiq məlumatın qiyməti neçə olacaq? Bəs korrektə olunmamış məlumatın qiyməti neçədir? Cavab gözləyirəm. Lazım olarsa, öz təkliflərimi də yaza bilərəm. Salamat qalın, Andrey".

Məsələyə aydınlıq gətirməli olan təşkilat rəhbəri Liliya Şibanova deyilənləri təsdiq edərək bunun normal hal olduğunu bildirdi: "Andrey Suvorov hüquqşünasdır. O, həqiqətən də işəmuzd əsaslarda işləyir."

Liliya Şibanova həmçinin müavininin elektron poçtunun yoxlanılmasını qanuna zidd hərəkət adlandırdı və günahkarları məhkəməyə verəcəyini dedi.

Sonda isə ABŞ Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Tommi Viytorun "Голос"-un rəhbəri Liliya Şibanova ünvanladığı təşəkkür məktubu ilə tanış olun:

"Biz fəxr edirik ki, demokratiya institutlarının inkişafına çalışan "Голос" kimi təşkilata dəstək veririk. ABŞ həmişə dəstək verib və verəcək o QHT-lərə ki, onların fəaliyyəti Rusiyada azad və ədalətli seçkilərə yönəlib. Ağ ev, 2 dekabr 2011-ci il. Xüsusi əhəmiyyət kəsb edən nəşr - ABŞ Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Tommi Viytorun müraciəti".

İki qoçun başı bir qazanda qaynayanda isti su ətrafa yayılır. Deməli, yeni qalmaqal dünyadakı gərginliyi daha da artıracaq.

Sərvər Aslanov

O.M.