Serj Sarkisyan Türkiyənin ermənilərə baş əyəcəyini dedi

Serj Sarkisyan Türkiyənin ermənilərə baş əyəcəyini dedi

8 Dekabr 2011 18:35
Bəyəndim (0) Bəyənmədim (0)
Serj Sarkisyan Fransanı ermənilərin ikinci vətəni adlandırdı

Ermənistan prezidentinin mətbuat xidmətinə istinadən Tert.am saytı xəbər verir ki, dünən Marsel şəhərinin meri Ermənistan prezidenti Serj Sarkisyanın şərəfinə təntənəli qəbul mərasimi təşkil edib. Tədbirdə yerli erməni cəmiyyətinin nümayəndələri də iştirak ediblər. Serj Sarkisyan auditoriya qarşısında çıxış edərkən deyib: "Mən erməni xalqının yaxın dostu, Marsel şəhərinin meri Jan Klod Qodenə təşəkkür edirəm ki, ermənilərə və erməni məsələlərinə sadiqdir... Soyqırımından qaçan ermənilərin bir qismi məhz Marsel şəhərinə pənah gətiriblər... Biz o qədər güclü olduq ki, soyqırımına dözdük. Biz indi də ədalətin bərqərar olunmasını tələb etməkdə güclüyük."

Prezident çıxışında Fransa dövlətinin və onun prezidentinin şəninə xoş sözlər söyləyərək, bu ölkəni ermənilərin ikinci vətəni adlandırdı. Daha sonra sözlərinə əlavə edərək dedi: "Özünü Avropa ölkəsi sayan Türkiyəni gec-tez elə bir rəhbərlər idarə edəcəklər ki, Sisernakaberdə (qeyd: genosid abidəsinə) baş əyəcəklər. Bu, nə qədər tez olsa, yaxşıdır. Buna Türkiyə xalqı qərar verməlidir... Onlar öz xalqları naminə bunu etməlidirlər, necə ki, Villi Brant zamanında almanlar üçün etmişdi. Gec-tez Türkiyə günahsız erməni qurbanları qarşısında baş əyəcək".

Maraqlıdır, görəsən, yaşadığı ölkəyə xəyanət edərək işğalçı Rusiya İmperiyasına qulluq edən silahlı ermənilərin xəyanətinə görə kim üzr istəyəcək?!

Fuad Borçalı

O.M.