Cəbhə xəttində Milli Ordunun əsgəri yaralandı

Cəbhə xəttində Milli Ordunun əsgəri yaralandı

8 Dekabr 2011 11:34
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənilər Azərbaycan Ordusunun əsgərini yaralayıblar. Hadisə cəbhənin Tərtər istiqamətində qeydə alınıb. Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində, Milli Ordunun əsgəri, 18 yaşlı Vahid Mobil oğlu Hüseynli güllə yarası alıb. Əsgər hospitala yerləşdirilib.

Qeyd edək ki, V. Hüseynli bu ilin iyul ayında Biləsuvar Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

O.M.