ABŞ cinsi azlıqları sıxışdıran ölkələri cəzalandıracaq

ABŞ cinsi azlıqları sıxışdıran ölkələri cəzalandıracaq

7 Dekabr 2011 12:01
Bəyəndim (0) Bəyənmədim (0)
Bu ölkənin bütün səfirlikləri yerləşdikləri dövlətlərin rəsmi orqanlarına yazılı müraciət göndəriblər

ABŞ hökuməti dünyadakı bütün cinsi azlıqların hüquqlarını qorumaq qərarına gəlib. Bu ölkənin bütün səfirlikləri yerləşdikləri dövlətlərin rəsmi orqanlarına yazılı müraciət göndəriblər. Müraciətdə cinsi azlıqların dövlət tərəfindən himayəyə götürülməsi, onların hüquqlarının yüksək səviyyədə təmin olunması tövsiyə olunur. Hətta bunun üçün 3 milyon dollar nizamnamə kapitalı olan "Dünya Bərabərliyi Fondun"un yaradıldığı da bildirilir. Rusiya mətbuatının məlumatına görə, məsələyə şəxsən Barak Obama qarışıb və bu barədə Hillari Klintona təlimat verib. Dövlət katibi Cenevrədə geniş çıxışı zamanı mövzuya və mövcud duruma açıqlama gətirərək bildirib ki, 1948-ci ildə BMT-də qəbul olunan "İnsan haqları deklarasiya"sı dünyada insan haqlarının qorunmasına şərait yaradıb. İndi isə cinsi azlıqların hüquqlarını qorumaq vaxtı gəlib çatıb.

Ekspertlərin fikrincə, ABŞ dünya dövlətlərinə iqtisadi rıçaqlarla təsir etməyi planlaşdırır. Daha doğrusu, ABŞ qoyulan tələbi pozanları maliyyə yardımının kəsilməsi ilə cəzalandırmağa hazırlaşır. Rəsmi Vaşinqton hələlik bu məlumatı nə təkzib, nə də təsdiq edib.

Belə getsə, normal insanlar cinsi azlıq sayılacaqlar...

Fuad Borçalı

O.M.