
Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayacaqdı
Xurqadadan gələn sərnişin təyyarəsi Nijniy Novqorod hava limanına eniş həyata keçirərkən az qala qəzaya uğrayacaqdı. Belə ki, 150 sərnişini olan təyyarə eniş zolağından 15 metr kənarda yerə endi. Rusiya mətbuatının məlumatına görə, idarə heyəti çətinliklə də olsa, idarəetməni qoruyub saxlaya bildi. "Boinq-747" təyyarəsi uçuş-eniş zolağının kənarında eniş əməliyyatını həyata keçirdi. Sərnişinlər arasında xəsarət alan olmasa da, psixoloji gərginlik yaşanıb.
İlkin ehtimala görə, çətin hava şəraiti və ya idarə heyətinin sərxoş olması mövcud fövqəladə vəziyyətə gətirib çıxarıb. Faktla bağlı araşdırma aparılır.
İnsan oturub durmasını bildiyi kimi, təyyarə də enib-qalxdığı yeri dəqiq bilməlidir...
Sərvər Aslanov
O.M.
Digər xəbərlər