
Moskvada 500-dək mitinq iştirakçısı həbs edildi
Интерфакс xəbər agentliyinin məlumatına görə, seçkilərə etiraz etmək üçün Moskvanın Triumfal meydanına toplaşan mitinq iştirakçıları dövlət və hökumət, həmçinin iqtidar partiyasının ünvanına şüarlar səsləndirirlər. Gücləndirilmiş iş rejiminə keçən Moskva polisi artıq meydanı mühasirəyə alıb və mitinqçilərin çənbəri get-gedə daralır. Operativ tədbirlər nəticəsində artıq 500 nəfərədək fəal hadisə yerindən uzaqlaşdırılaraq, Moskva şəhər Polis İdarəsinə gətirilib. İcazəsiz mitinqin dağıdılması əməliyyatı davam edir.
News.ru saytının məlumatına görə, Moskvanın sabiq meri Yuriy Lujkov mitinqə qiyabi dəstək verib. O, iqtidarı antidemokratik hərəkətlərdə ittiham edir.
Rus ayısı içib qış yuxusuna daldığı üçün Rusiyada heç bir dəyişiklik olmayacaq...
Fuad Borçalı
O.M.