
Rus skinxedlər ermənini ölümcül hala saldılar
Rusiyanın Rostov şəhərində axşam saatlarında naməlum şəxslər 20 yaşlı ermənini ölümcül döydülər. Tert.am saytının İnterfax-a istinadən yaydığı xəbərdə bildirilir ki, Aram Aykyan adlı erməni rus dostu ilə küçədə gəzişirdi. Bu zaman naməlum millətçilər onlara hücum etdilər. Rusu kənara çəkib, ermənini beşbarmaq, dəmir dəyənək və bıçaqla yaraladılar.
Rusiya ermənilərinin "Еркрамас" qəzetinin məlumatına görə, 5 nəfər millətçi şüarlar səsləndirərək, "ermənilərə ölüm!" deyə qışqırırdı.
Hazırda zərərçəkmiş Rostov Təcili yardım xəstəxanasının reanimasiya şöbəsində müalicə alır. Onun üzərində 2 cərrahi əməliyyat həyata keçirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
O.M.
Digər xəbərlər