Pakistan Ben Ladenin hər 3 arvadını vətəninə yollayacaq

Pakistan Ben Ladenin hər 3 arvadını vətəninə yollayacaq

6 Dekabr 2011 23:26
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistan dövləti xüsusi hərbi əməliyyat nəticəsində öldürülən Usama Ben Ladenin hər 3 arvadını ölkəsinə təhvil verməyə hazırlaşır. ИТАР-ТАСС-ın Pakistan mətbuatına istinadən verdiyi məlumata görə, qadınlardan 2-si Səudiyyə Ərəbistanına, digəri isə Yəmənə qaytarılacaq. Səudiyyə Ərəbistanına gedəcək qadınlar və onlardan olan uşaqlar yaxın 2 gün ərzində xüsusi reyslə bu ölkəyə uçacaqlar.

Xatırladaq ki, 2 may əməliyyatı nəticəsində Usamanın Abbotabade şəhərində öldürülməsindən sonra onun 3 arvadı və bu arvadlardan olan 10-a yaxın uşaq Pakistan xüsusi xidmət orqanlarında saxlanılırdı. ABŞ-ın onları tələb etmək cəhdi uğursuzluğa düçar olmuşdu.

Nağıl bitdi. Hərə öz evinə qayıtdı. Ben Laden də ABŞ-dakı həyatına davam etdi...

Fuad Borçalı

O.M.