Milli Ordunun əsgəri ehtiyatsızlıqdan özünü güllələdi

Milli Ordunun əsgəri ehtiyatsızlıqdan özünü güllələdi

6 Dekabr 2011 16:15
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Gədəbəydə yerləşən "N" saylı hərbi hissədə Milli Ordunun əsgəri 18 yaşlı Şahmar Əli oğlu Şirinov postda olarkən tabeliyindəki avtomat silahdan ehtiyatsız hərəkət zamanı atəş açıb. Nəticədə, güllə əsgərin ayağına dəyib və onu yaralayıb. Yaralı əsgər hospitala yerləşdirilib.

Qeyd edək ki, Ş. Şirinov 2011-ci ilin iyulunda Neftçala Rayon Hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

O.M.