
Məscidlərdə qanvermə aksiyası davam edir
Bu gün Bakıdakı "Təzəpir" məscidində Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb. Məscidi ziyarətə gələn müsəlmanlar qanvermə aksiyasında iştirak edirlər. Bu dəqiqələrdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə də qan verdi. Daha sonra aksiyanın dini və sosial əhəmiyyəti barədə jurnalistlər qarşısında çıxış etdi.
"Təzəpir" məscidinin ətrafındakı yollar avtomobillər üçün bağlanıb, ətrafda polis postları qurulub. Xatırladaq ki, qanvermə aksiyaları respublikanın digər məscidlərində də keçirilir.
O.M.
Digər xəbərlər