ABŞ gözəli həbs olundu

ABŞ gözəli həbs olundu

5 Dekabr 2011 12:44
Bəyəndim (0) Bəyənmədim (0)
O, avtomobilini sərxoş halda idarə edirdi

MIGnews.com saytının məlumatına görə, 2010-cu ildə ABŞ gözəli seçilmiş Rima Fakix avtomobilini sərxoş halda idarə etdiyi üçün şənbə günü həbsə alındı. Miss-USA-in vəkili Detroit Free Press qəzetinə verdiyi müsahibəsində bildirir ki, Fakix olduqca dilxordur və hadisəyə təəssüflənir.

26 yaşlı Rima Fakix Livanda anadan olub. Nyu-Yorkda böyüyərək, 2003-cü ildə ailəsi ilə birlikdə Miçiqana köçüb. Onlar Detroyt şəhərinin kənarında yerləşən Dirborn qəsəbəsində yaşayırlar. Rima Fakix Miss-USA tituluna 2010-cu ilin may ayında layiq görülüb. O, ABŞ gözəli seçilən ilk ərəb qızıdır.

Daxili və zahiri gözəllik bir-birini tamamlamadıqda həmin insana gözəlçə deyirlər...

Fuad Borçalı

O.M.