
Ermənistan Ordusu cavab atəşi ilə susduruldu
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 1-də saat 14.50-dən 15.00-dək və 16.15-dən 16.25-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərini, saat 17.15-dən 17.30-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
O.M.
Digər xəbərlər