Azərbaycan prezidenti ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul etdi

Azərbaycan prezidenti ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul etdi

30 Noyabr 2011 14:01
815
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 30-da ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Robert Bradtke (ABŞ), Fransadan olan sabiq həmsədr Bernar Fasye və yeni həmsədr Jak Foru, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşiki qəbul edib. Yeni həmsədr J. For B. Fasye tərəfindən Azərbaycan prezidentinə təqdim olundu. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

O.M.