
İran tələbələri Böyük Britaniya ərazisinə hücum etdilər
Bu gün İranın paytaxtında etirazçı tələbələr Böyük Britaniya səfirliyinin binasına daxil olaraq bayrağı endirdilər. Reuters xəbər agentliyinin məlumatına görə, nümayişçilər Britaniya bayrağının yerinə İran bayrağını sancmaqla yanaşı, səfirliyə aid sənədləri binanın pəncərəsindən aşağı atdılar. Корреспондент.net xəbər portalı bildirir ki, tələbələr səfirliyin binasına "Molotov" kokteyli atdılar ki, bu da yanğına səbəb oldu.
Xatırladaq ki, ötən həftə
Britaniya hökuməti İrana qarşı sanksiyaların sərtləşdirilməsi qərarı ilə çıxış
etmişdi. Qərara görə, Birləşmiş Krallığın müəssisələri İran maliyyə-kredit
müəssisələri ilə hər cür əməkdaşlığa son qoymalıdırlar.
Buna cavab olaraq, İran Britaniya ilə diplomatik əlaqələrinə yenidən baxaraq, ölkəsindəki
Britaniya səfirliyini tezliklə bağlayacağını bildirmişdi.
O.M.