
Fidel Kastro siyasətdən gedir
Kuba lideri Fidel Kastro hakimiyyətdən getməsi barədə bəyanat yayıb. Belə ki, Kubanın rəsmi mətbuat orqanları tərəfindən verilən məlumatda Kastro mərkəzi komitədən ayrılmaq istədiyini, bundan sonra partiyada heç bir vəzifə istəmədiyini bildirib.
Qeyd edək ki, Kubada islahatların keçirilməsi barədə aparılan danışıqlar öz nəticəsini verib. 300-ə yaxın təklifdən yüzünün qəbul olunduğu açıqlanıb.
Bu təkliflər siyahısında dünyaya inteqrasiya, maliyyə məsələlərinin dəqiqləşdirilməsi, maliyyə yardımlarının azaldılması və s. nəzərdə tutulub.
Deyəsən, Kuba da Yaxın Şərq hadisələrindən qorxuya düşüb...
Elvin Babayev
O.M.
Digər xəbərlər