
Cənubi Qafqaz dini liderlərinin İrəvan görüşü baş tutmaya bilər
Bütün Gürcüstanın katolikos-patriarxı II İlya çox güman ki, Cənubi Qafqaz ölkələri dini liderlərinin İrəvanda keçiriləcək görüşündə iştirak edə bilməyəcək.
Bu barədə patriarxın müşaviri, beynəlxalq məsələlər üzrə ekspert Zurab Abaşidze
bildirib. Qeyd edək ki, noyabrın 28-29-da İrəvanda MDB Dinlərarası Şurası
Rəyasət Heyətinin toplantısı keçiriləcək. Toplantıya ənənəvi dinlərin (İslam,
xristian, iudaizm, buddizm) liderləri və nümayəndələri qatılacaq. Görüşdə
Moskva və bütün rusların patriarxı Kiril və bütün ermənilərin katolikosu II
Qaregin də iştirak edəcək.
Ermənilərin dini mərkəzi olan Eçmiədzinin mətbuat xidməti toplantıda II İlya
ilə yanaşı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür
Paşazadənin də iştirakının gözlənildiyini açıqlayıb. Lakin böyük ehtimalla A.Paşazadə
toplantıya qatılmayacaq.
Siyasətə qarışan din müqəddəs amala xidmət edə bilməz...
Hafiz Əhmədov
O.M.