Britaniyada güclü qar həyatı iflic edib

Britaniyada güclü qar həyatı iflic edib

28 Fevral 2018 09:56
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniyada yağan güclü qar ciddi problemlərə səbəb olub.

"Ölkə.Az" "Express.co.uk"ə istinadən xəbər verir ki, Böyük Britaniya və İrlandiyada 10 sm qalınlığında yağan qar, təyyarə və qatar səfərlərinin təxirə salınmasına səbəb olub.

Yollar buz bağladığından yol qəzalarının sayında da ciddi artım qeydə alınıb.

Yerli meteorologiya idarəsi insanlara mümkün qədər evdən bayıra çıxmamaq barədə xəbərdarlıq edib.