Çexiyada qripdən 50  nəfər ölüb

Çexiyada qripdən 50 nəfər ölüb

28 Fevral 2018 09:28
Bəyəndim (0) Bəyənmədim (0)

Çexiyada qrip epidemiyası son 3 həftə ərzində 50 nəfərin ölümünə səbəb olub. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Çexiya Dövlət Səhiyyə İnstitutunun məlumatında bildirilir.

Məlumata görə, ölənlərdən 43 nəfərin 60-dan çox yaşı olub. Qalanları isə 25-59 yaşlarında olub.

Xəstəxanalara yerləşdirilən pasiyentlərdən 199 nəfərin vəziyyəti hazırda kritikdir.

Epidemiyanın hələ bir neçə həftə davam edəcəyi bildirilir.