Güclü qar Türkiyədə həyatı iflic edib
Türkiyənin Ədirnə əyalətində əlverişsiz hava şəraiti və güclü qar yağması səbəbindən məktəblərdə birgünlük tətil elan olunub.
Bunu əyalətin Milli Təhsil İdarəsinin müdiri Hakan Cırıt bildirib.
Onun sözlərinə görə, Ədirnə şəhərində, əyalətin rayonlarında və kəndlərdə fevralın 27-də təhsilə birgünlük fasilə verilib.
H.Cırıt deyib ki, məktəblərin açılması hava şəraitindən asılı olacaq.
Meteoroloqların proqnozuna görə, fevralın 27 və 28-də bölgədə güclü qar yağacaq. Rreport
Digər xəbərlər































































































