Gəncədə ev yandı, sahibəsi öldü
Gəncədə ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
Hadisə Nəriman Nərimanov prospekti, bina 37, mənzil 3 ünvanında qeydə alınıb.
Hadisə yerinə Gəncə Yanğından Mühafizə İdarəsinin 20-yə yaxın əməkdaşı və texnikası cəlb olunub. Yanğın nəticəsində 1 otaqlı mənzil əşyaları ilə birgə tamamilə yanıb. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1950-ci il təvəllüdlü Katibi Natella Əli qızının yanmış meyiti aşkar olunub.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.APA
Digər xəbərlər





























































































