İsa Qəmbər yenidən xəstəxanaya düşüb

İsa Qəmbər yenidən xəstəxanaya düşüb

23 Fevral 2018 15:36
Bəyəndim (0) Bəyənmədim (0)

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Mərkəzi Klinik Xəstəxanasındadır (MKX).

Müsavat Partiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə İsa Qəmbər özünü yaxşı hiss edir və xəstəxanaya müayinəsini davam etdirmək üçün gedib. Məlumatda qeyd edilir ki, MKX-nin həkimləri İsa Qəmbərin bir neçə gün müddətində burada qalması və ürək-damar sisteminin gücləndirilməsi ilə bağlı tibbi prosedurlardan keçməsini tövsiyə ediblər.