Əcnəbilər Liviyadan qaçır

Əcnəbilər Liviyadan qaçır

19 Aprel 2011 11:26
Bəyəndim (0) Bəyənmədim (0)

Liviyada Müəmmar Qəddafi ilə üsyançılar arasında gedən döyüşlərdən qaçan minə qədər insan Benqazi şəhərinə gətirilib.

Frans-press informasiya agentliyinin verdiyi məlumata görə, Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən icarəyə götürülən Yunanıstan gəmisində 970 nəfər işçinin Misir, Çad, Nigeriya, Sudan və Qanadan gələn miqrantlar olduğu bildirilib. Bu insanlar gəmi ilə Misratdan Benqaziyə, oradan isə öz ölkələrinə yola salınacaqlar.

Qeyd edək ki, onlar Liviyada müxtəlif iş sektorlarında fəaliyyət göstərən insanlardır.

Atalar demişkən, asta qaçan namərddir...

Elvin Babayev

O.M.