Yaponiya ümidini robota bağlayıb

Yaponiya ümidini robota bağlayıb

19 Aprel 2011 10:53
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyada nüvə qalıqlarını təmizləmək üçün robot hazırlanıb. Fukuşima 1 stansiyasının bir və iki nömrəli reaktorlarına göndərilən Amerika istehsalı robot buradakı vəziyyət barədə məlumat verib.

Belə ki, cihazdan alınan istilik, təzyiq və radiasiya məlumatları, reaktordakı radioaktivlik miqdarını müəyyənləşdirməyə kömək edib. Hələ də insanların reaktorda təmir aparmaq imkanı olmadığı məlum olub. Xatırladaq ki, sızıntı səbəbi ilə bir aydan çoxdur ki, mühəndislər stansiyada təmir işləri apara bilmir.

Rəsmilər isə, stansiyanın bağlanma planının ilin sonuna qədər həyata keçəcəyini açıqlayıblar.

Qeyd edək ki, zəlzələ və sunami nəticəsində 13843 nəfər insan həlak olmuş, bir o qədər də itkin düşmüşdü.

Robotu insan yaratsa da, o, insanın edə bilmədiklərini edir...

Elvin Babayev

O.M.