Bakıdakı rus kilsəsində müəmmalı yanğın
Bu gün səhər saatlarında Bakının Nəsimi rayonunda yerləşən "Müqəddəs Məryəm – mövlud" pravoslav kilsəsində yanğın olub.
AzVision.az xəbər verir ki, yanğın kilsənin dərs keçirilən otağında qeydə alınıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Yanğın təxminən 150 kvadratmetr ərazini əhatə edib. Hazırda araşdırma aparılır.
Digər xəbərlər
































































































