İt 5 yaşlı uşağa çoxsaylı xəsarət yetirdi

İt 5 yaşlı uşağa çoxsaylı xəsarət yetirdi

3 Fevral 2018 08:12
Bəyəndim (0) Bəyənmədim (0)

Mingəçevir şəhərində it 5 yaşlı uşağa çoxsaylı xəsarətlər yetirib. Hadisə şəhərin "Şəfa" yaşayış massivində baş verib.

Belə ki, 2013-cü il təvəllüdlü Əliyev Rəvan Tofiq oğlu küçədə oynayarkən itin hücumuna məruz qalıb. Quduzlaşmış heyvan onun baş və qol nahiyələrinə xəsarətlər yetirib.

Ağır xəsarətlər alan azyaşlı təcili xəstəxanaya çatdırılıb. Yaralıya tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksinlər vurulub.Report