Pakistanlı nazir və arvadı evində öldürülüb
Pakistanın planlaşdırma və inkişaf naziri Bijarani və arvadı Fəriha Razakın meyitləri evlərində tapılıb.
"Ölkə.Az" xəbər verir ki, polisin açıqlamasına əsasən meyitlərdə güllə izləri aşkar edilib.
Hadisə cütlük bütün günü evdən çıxmadığı üçün məlum olub. Cütlüyün meyiti yataq otaqlarında aşkar edilib və qapı kilidli olub. Hadisənin cinayət və ya intihar olduğu hələ bilinmir.
Nazir və arvadının meyiti Karaçidəki xəstəxananın morquna aparılıb. İstintaq davam edir.
Digər xəbərlər






























































































