Qurban bayramı ərəfəsində 150 günahsız insan radikal islamçıların qurbanı oldu

Qurban bayramı ərəfəsində 150 günahsız insan radikal islamçıların qurbanı oldu

6 Noyabr 2011 03:43
959
Bəyəndim (0) Bəyənmədim (0)
Nigeriyada bu gün də terror aktları gözlənilir

Qurban bayramı ərəfəsində, yəni dünən Nigeriyada 100-dən çox günahsız insan radikal islamçı təşkilatın hazırladığı terror aktının qurbanı oldu. EFE xəbər agentliyinin məlumatına görə, xeyli sayda yaralı var. Ölənlərin, yaralananların və xəsarət alanların sayı hələ tam dəqiqləşdirilməyib.

İlkin məlumatda bildirilirdi ki, Damaturu şəhərinə çoxlu sayda silahlı daxil olaraq təxribat törətməyə çalışıb. Bundan başqa, dünən gecə boyu Laqos şəhərində də atışmalar səngimək bilməyib. Bir qədər əvvəl isə Mayduquri şəhərində təhlükəsizlik qüvvələrinə bir qrup silahlı adam hücum edib. Onların radikal islami təşkilat sayılan "Boko Haram" qruplaşmasının üzvləri olduğu ehtimal edilir.

Nigeriya rəsmiləri terror aktlarının bu gün Qurban bayramı zamanı da baş verəcəyini istisna etmirlər.

Xatırladaq ki, 2 ildir ki, Nigeriyanın İslam dövləti olması üçün silahlı mübarizə aparır.

Əsl müsəlmanlar isə Qurban bayramı zamanı rəmzi Şeytana daş atırlar...

Fuad Borçalı

O.M.