Əfsanəvi aktyor əməliyyat olunub
Səhnəmizin Nəsimisini, Babəkini və bir çox milli qəhrəmanlarımızı məharətlə canlandıran xalq artisti Rasim Balayev ötən il yıxılaraq ayağından zədələnmişdi. Bu ilin fevral ayında həmin zədə ucbatından əməliyyat olunan aktyorun səhhətində yenə də problemlər yaranıb. Elə bu səbəbdən də o, yenidən əməliyyat olunmaq qərarına gəlib. Milyonlarla tamaşaçının sevimlisi olan Rasim bəy ayağının baş barmağından əməliyyat olunub. Hazırda vəziyyəti qənaətbəxşdir. O, artıq palataya köçürülüb və tezliklə evə buraxılacaq.
Allah şəfa versin!
Hafiz Əhmədov
O.M.
Digər xəbərlər