Ermənilər yenidən atəşkəsi pozdular

Ermənilər yenidən atəşkəsi pozdular

5 Noyabr 2011 16:00
770
Bəyəndim (0) Bəyənmədim (0)
Düşmən cavab atəşi ilə susdurulub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 4-də saat 21.20-dən 21.30-dək və 23.50-dən 23.58-dək Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdən və Azatamut kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 10.15-dən 10.20-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 15.00-dan 15.15-dək və 16.00-dan 16.10-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.