
Sabah Xətai, Nərimanov və Nəsimi rayonlarında su kəsiləcək
Təmir işlərinin aparılması ilə əlaqədar olaraq sabah Bakı şəhərinin Xətai və Nərimanov rayonlarının su təminatında fasilələr gözlənilir. "Azərsu" ASC-dən verilən məlumata görə, Xətai rayonunun "Qara Şəhər" ərazisində aparılacaq təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar Ə.Axundov, N.Rəfiyev, İ.Orucova, S.Orucov, A.Cəlilov, F.Bayramov, R.Əliyev küçələri, eləcə də Xocalı və Nobel prospektlərinin bir hissəsinə içməli suyun verilməsi noyabrın 2-si 09:00-dan noyabrın 3-ü 09:00-dək dayandırılacaq.
Eyni səbəblərdən paytaxtın Nərimanov və Nəsimi rayonları ərazisində aparılacaq təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar H.Sarabski, N.Vəzirov, S.Vurğun, M.Əlizadə, R.Muxtarov, Y.Vəzirov küçələrinə də içməli suyun verilməsi həmin müddət ərzində dayandırılacaq.
"Su aydınlıqdır" misalına əsasən, təki səbəb aydın olsun...
Hafiz Əhmədov
O.M.