VİDEO-Dünyanın 7 milyardıncı erməni sakini

VİDEO-Dünyanın 7 milyardıncı erməni sakini

31 Oktyabr 2011 22:16
Bəyəndim (0) Bəyənmədim (0)
Ermənilər dünyəvi olmaqdansa, dünyanı erməniləşdirmək istəyirlər

Bu gün dünyanın müxtəlif ölkələrində 7 milyardıncı sakinin doğumu ilə bağlı xəbərlər yayıldı. Hindistan, Filippin və Rusiya həmin sakinin öz vətəndaşı olduğunu bildirdilər. Əlbəttə ki, oğru ermənilər bu "yarışmadan" geri qala bilməzdilər. Onlar 7 milyardıncı sakinin məhz erməni olduğunu iddia etməyə başladılar. Nə qədər gülünc səslənsə də, bu xəbəri sizlərlə bölüşmək istəyirik. Ermənistanın Tert.am saytının məlumatına görə, planetimizin 7 milyardıncı sakini məhz ermənidir. Xəbərdə bildirilir ki, bu gecə yerli vaxtla 00:20 radələrində Ermənistanın Artik yaşayış məntəqəsinin "Ana və uşaqların sağlamlığının qorunma mərkəzi"ndə 2.9 kiloluq Vaqram Voskanyan dünyaya gəlib. Boyu cəmi 50 sm olan körpə vaxtından 2 həftə əvvəl doğulub. Uşağın anası evdar xanım, atası isə əmək emiqrantıdır. BMT-nın yerli ofisindən Mqer Manukyan adlı şəxs körpəyə dərhal lazımı ləvazimatla dolu bağlama hədiyyə edildi. Xaç atası isə Artikin meri seçildi.

Xatırladaq ki, bu gün dünyanın bütün ölkələrində simvolik olaraq 7 milyardıncı sakin seçilən hər bir kəs BMT-nin Əhali Fondu tərəfindən rəsmi siyahıya alındı.

Ermənilər ağlamalı vəziyyətə düşdükcə daha da gülünc olurlar...

Hafiz Əhmədov

O.M.