Tunisdə mərhum Fələstin liderinin arvadına qarşı cinayət işi açılıb

Tunisdə mərhum Fələstin liderinin arvadına qarşı cinayət işi açılıb

31 Oktyabr 2011 18:41
Bəyəndim (0) Bəyənmədim (0)
Xanım Ərəfatı 10 il həbs cəzası gözləyir

Tunis hökuməti Fələstinin mərhum lideri, Fələstin Azadlıq Hərəkatının banısı və rəhbəri Yasir Ərəfatın arvadı Suhu Ərəfatın tutulmasını istəyir. Artıq bu haqda beynəlxalq order verilib. Əlcəzairin "Əl Xəbər" agentliyinin məlumatına görə, Tunis Ədliyyə nazirliyinin rəsmisi Katim Zin əl-Abidin faktı təsdiq edib. Belə ki, Suhu Ərəfat 2006-cı ildə "Karfaqan Beynəlxalq universiteti"nə rəhbərlik edərkən vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. Günahları sübuta yetiriləcəyi təqdirdə, xanım Ərəfat 10 il müddətinə azadlıqdan məhrum edilə bilər. Ondan başqa Tunisin sabiq prezidentinin arvadı Leyla Trabelsu haqda da beynəlxalq axtarış elan olunub. Agence France-Presse-nin məlumatına görə, o da həmin universitetin rəhbərlərindən biri idi.

Xatırladaq ki, Yasir Ərəfatın dul xanımı 2004-cü ildə Fələstindən Tunisə köçüb. 2007-ci ilə qədər orada yaşayıb. 2006-cı ildə bu ölkənin vətəndaşlığını alsa da, sonradan ondan məhrum edilib. Hal-hazırda o, Maltada yaşayır.

At ölüb, itin bayramıdır...

Hafiz Əhmədov

O.M.