Rusiya Federal Təhlükəsizlik Xidmətinin 2 əməkdaşı ermənini güllələdi

Rusiya Federal Təhlükəsizlik Xidmətinin 2 əməkdaşı ermənini güllələdi

31 Oktyabr 2011 21:12
Bəyəndim (0) Bəyənmədim (0)
O biri erməni dostunu qoyub qaçdı

Bu gün Lenta.ru xəbər agentliyinin yaydığı məlumata görə, Sankt-Peterburq şəhərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (ФСБ) 2 əməkdaşı küçədən ötən adamı güllələməkdə şübhəli bilinib. Belə ki, 28 oktyabr günü gecə saatlarında Sredneoxtinsk prospektində 2 (ФСБ) əməkdaşı sərxoş halda dava salmışdılar. Yaxınlıqdakı yataqxanada yaşayan erməni millətindən olan Zviad Xaçaturyan adlı şəxs onlara qaba şəkildə cavab verdi. (ФСБ) əməkdaşları əvvəlcə onu döydülər. Sonra "Osa" tipli travmatik silahla başına atəş açdılar. Yaralı xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişdi. İnterfax.ru xəbər agentliyinin məlumatına görə, erməninin yanında daha bir həmyerlisi olub. O, hadisə zamanı yoldaşını qoyub qaçıb.

Məşhur "ayı və 2 yoldaş" təmsilində olduğu kimi...

Sərvər Aslanov

O.M.