
Ermənilərlə kürdlər arasında kütləvi iğtişaş başladı
Ermənilərin "Daşnaksütyun" partiyasının Livan bölməsi kürdlərdən bu şəhəri tərk etmələrini tələb edirlər. Bu barədə məlumatı yerli kürd təşkilatlarından birinin nümayəndəsi Mahmud Sival "Əl Müstəqbəl" qəzetinə müsahibəsində verib. Onun bildirdiyinə görə, ermənilər kürdləri ermənilərin sıx yaşadıqları Bürc Hamud, Doran və Nebahan məhəllələrindən qovmağa başlayıblar. Faktı təsdiq edən Livan parlamentinin erməni nümayəndəsi, "Daşnaksütyun" partiyasının üzvü Aqob Baqratuni hadisələrin siyasi xarakter daşımadığını bildirib.
Xatırladaq ki, Beyrutdan ermənilərin kürdləri deportasiyası zamanı yaranmış insidentdə 1 nəfər ölmüş, onlarla kürd yaralanmışdır.
Qəribədir ki, ermənilər başqalarını özlərinin olmayan torpaqdan qovmaq istəyirlər...
Sərvər Aslanov
O.M.