
"NKR" prezidenti Bako Saakyanın savadsız "fərmanı"
Erməni mətbuatının yaydığı məlumata görə, separatçı rejimin rəhbəri Bako Saakyan 29 oktyabr günü Ermənistan Tele-radio şurasının rəhbəri Qriqor Amalyanın cəsarət medalı ilə təltif olunması barədə fərman imzalayıb. Əsas kimi həmin şəxsin "NKR"-in sərhədlərini qoruyarkən göstərdiyi çoxsaylı "şücaətlər" göstərilir.
Hadrutun Tox kəndinin "azad olunmasının" 20-ci ildönümü münasibətilə "hərbi xidmətlərinə görə" medalı ilə ümumən 3 nəfər təltif olundu: Qriqor Amalyan - Ermənistan Tele-radio şurasının rəhbəri, Mixail Ter-Stepanov - İrəvan şəhər Erebuni rayon hərbi komissarının müavini, Andranik Sarıbekyan - İrəvanın "Zvartnots" aeroportunun təhlükəsizlik xidmətinin rəisi.
Hətta Ermənistan respublikası tərəfindən tanınmayan separatçı qurumun rəhbəri Dağlıq Qarabağın hansısa bir kəndinin işğal olunması münasibətilə aidiyyatı olmayan 3 Ermənistan sakinini "təltif edir". Çünki qanun olmayan yerdə yeganə qanun qanunsuzluqdur...
Sərvər Aslanov
O.M.