Rusiyalı erməni AZAL şirkətini məhkəməyə verəcək

Rusiyalı erməni AZAL şirkətini məhkəməyə verəcək

31 Oktyabr 2011 12:59
Bəyəndim (0) Bəyənmədim (0)
Səbəb Sergey Gürciyanın təyyarəyə buraxılmamağıdır

"Коммерсантъ" qəzetinin məlumatına görə, erməni millətindən olan Rusiya vətəndaşı Sergey Gürciyan Lada şirkətinin avtosalonunun açılışı üçün Bakıya gəlməyə hazırlaşırdı. Lakin Moskvanın Domodedovo aeroportunda onu AZAL şirkətinin təyyarəsinə buraxmayıblar. Rusiya prezidentinin köməkçisi Arkadiy Dvorkoviç artıq bu faktı "özbaşınalıq" adlandırıb.

АvtoVAZ şirkətinin eksport satışı idarəsinin rəisi Sergey Gürciyan 27 oktyabr günü Azal-ın J2 853-cü reysi ilə Bakıya uçmaq üçün Domodedovo hava limanının qeydiyyat şöbəsinə gəlmişdi. Lakin səlahiyyətli xanım onu qeydiyyata almaqdan imtina etdi. Gürciyan səs-küy saldığından onunla bərabər gələn Lada International-ın rəhbəri Dmitri Şumaxer də təyyarəyə buraxılmadı. АvtoVAZ şirkətində hələlik mövcud qalmaqalı şərh etməkdən imtina ediblər.

"Aviaport" agentliyi analitik xidmətinin rəisi Oleq Panteleyevin fikrincə, sərnişin təyyarə üçün təhlükə daşıyırsa, səbəb bildirilmədən onu uçuşa buraxmamaq olar. Lakin bu fakt milli mənsubiyyətə görə olmamalıdır.

Xatırladaq ki, 2010-cu ildə də eyni reysə qeydiyyata düşmək istəyən Rusiya vətəndaşı Yuriy Minasyan təyyarəyə buraxılmamışdı. Həmin şəxs Bakıdan Dubaya uçmağa hazırlaşırdı.

Avtobuslarda, qatarda, metroda partlayışları xatırlasaq, əminliklə deyə bilərik ki, erməni hər yerdə ermənidir...

Sərvər Aslanov

O.M.