Çelyabinskdə azərbaycanlı körpə rus ailəyə verildi

Çelyabinskdə azərbaycanlı körpə rus ailəyə verildi

31 Oktyabr 2011 12:15
Bəyəndim (0) Bəyənmədim (0)
13 ildən sonra doğum evi 100 min dolar cərimə olundu

İnterfax.ru xəbər agentliyinin məlumatına görə, Çelyabinsk vilayəti Kopeysk şəhər məhkəməsinin bugünkü qərarı ilə yerli doğum evi 2 valideynin xeyrinə 6 milyon rubl (təxminən 100 min ABŞ dolları) cərimə olundu. Səbəb 13 il əvvəl uşaqların səhvən başqa valideynlərə verilməsi faktı idi. Məhkəmə məsləhətçisi Yelena Yeryominanın bildirdiyinə görə, xəstəxana pulu ödəyə bilməyəcəyi təqdirdə, məbləğ meriya tərəfindən ödəniləcək. Bundan əlavə, 4 min rubl məhkəmə xərcləri də eyni mənbədən ödəniləcək. Məlumatda o da bildirilir ki, 1998-ci ildə Yelena Belyayeva və Nemət İsgəndərovun uşaqları səhvən bir-birinə ötürülüblər. Azərbaycanlı Nemət İsgəndərov illər sonra qızının başqa millətdən olduğunu hiss edərək DNT təhlili verib və məlum olub ki, ailənin övladı doğum evində başqası ilə səhv düşüb. Sonradan Yelena Belyayevanın prokurorluğa verdiyi şikayət əsasında məlum olub ki, onun qızı da səhvən İsgəndərovlar ailəsinə verilib.

Müsibət oluruq biz, səhv düşəndə yerimiz...

Sərvər Aslanov

O.M.