
Metronun "Məşədi Əzizbəyov" stansiyasının girişinə su yığılıb
Metropoliteninin "Məşədi Əzizbəyov" stansiyasının giriş hissəsində tavandan keçən su borusu zədələnib. Şahidlərin ifadələrinə görə, borudan axan su sərnişinlərin üzərinə tökülüb. Həmçinin, stansiyanın giriş hissəsinə də su yığılıb. Boru giriş hissədə, keçid-nəzarət sisteminə bir neçə metr qalmış ərazidə zədələnib.
Bakı Metropolitenindən bildirilir ki,
bu, stansiyada aparılan təmir işləri ilə əlaqədardır.
Qeyd edək ki, noyabrın 1-dən "Məşədi Əzizbəyov"
stansiyasına sərnişinlərin giriş və çıxışı tam məhdudlaşdırılacaq. Qatarlar
"Məşədi Əzizbəyov" stansiyasında dayanmadan hərəkət edəcəklər. Sərnişinlərin
giriş və çıxışının məhdudlaşdırılması yenidənqurma işləri ilə bağlıdır. Stansiyanın
dekabrın sonlarında açılacağı gözlənilir.
Məşhur uşaq mahnısında deyildiyi kimi, yer altında şəhər gördüm...
Hafiz Əhmədov
O.M.