
"Günəşli" neft yatağında 2 nəfər ölüb
Faktla bağlı günorta saatlarında ətraflı məlumat veriləcək
Dövlət Neft Şirkətinin (ARDNŞ) 2 əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb. ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin verdiyi məlumata görə, hadisə Xəzər dənizində, "Günəşli" neft yatağında baş verib. Yatağın 3-cü özülündə baş verən bədbəxt hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib. Nizaməddin Quliyev hazırda faktla bağlı araşdırma aparıldığını, hadisənin dəqiq baş vermə səbəblərinin günorta saatlarında dəqiqləşdiriləcəyini və bu barədə ictimaiyyətə məlumat veriləcəyini bildirdi.
Ən etibarlı sığorta ehtiyatlı olmaqdır...
Hafiz Əhmədov
O.M.
Digər xəbərlər