
7 milyardıncı insan Rusiyada dünyaya gəldi
Bu gün yerli vaxtla gecə saat 00:19 radələrində dünyanın 7 milyardıncı sakini dünyaya gəldi. İnterfax.ru xəbər agentliyinin məlumatına görə, bu, Rusiyanın Petropavlovsk-Kamçatka vilayətinin Aleksandr adlı sakinidir. Artıq BMT-nin əhalinin sayını araşdıran xüsusi Fondu və R.F Statistika idarəsi balaca Saşanın sertifikatını hazırlayıb və bu gün həmin sənəd körpənin anası Marina Boqdanovaya təqdim olunub. Dünyanın 7 milyardıncı sakininin çəkisi 3.6 kq-dır. Rusiya prezidentinin Uzaq Şərq federal dairəsi üzrə nümayəndəsi Viktor İşayevin açıqlamasına görə, körpə nikaha girəcəyi gün Petropavlovsk-Kamçatkada evlə təmin olunacaq.
İtar-TASS-ın məlumatında isə bildirilir ki, 7 milyardıncı insan Kalininqrad sakini Nikolayev Pyotr Alekseyeviçdir.
Günəşin şərqdən doğulduğunu nəzərə alaraq, I məlumatın daha doğru olduğunu təxmin edə bilərik. Həqiqəti isə zaman göstərəcək.
Bir yandan boşalır, bir yandan dolur qoca dünya...
Hafiz Əhmədov
O.M.