Xaricdə təhsil almış şəxs İslam ayinlərini və mərasimləri yerinə yetirə bilməz

Xaricdə təhsil almış şəxs İslam ayinlərini və mərasimləri yerinə yetirə bilməz

28 Oktyabr 2011 17:12
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycanda əcnəbilər dini təbliğat apara bilməyəcəklər

Bu gün dini fəaliyyətlə bağlı olacaq dəyişikliklər layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan haqları komitələrinin birgə iclasında müzakirə edilərək parlamentin plenar sessiyasına tövsiyə olunub. İnzibati Xətalar Məcəlləsinin 300-cü maddəsinə edilmiş dəyişikliklə dini etiqad haqqında qanunvericiliyin pozulması hesab olunan fəaliyyətlər müəyyənləşdirilib. Belə ki, dəyişiklik qüvvəyə mindikdən sonra müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsi, din xadimlərinin mübadiləsi, İslam dininə aid ayin və mərasimlərin Azərbaycandan kənarda dini təhsil almış vətəndaşlar tərəfindən həyata keçirilməsi, qanunla müəyyən olunmuş qaydada satışına icazə verilən dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılması, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın aparılması dini qanunvericiliyin pozulması hesab olunacaq. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını yaymaqla (satmaqla) məşğul olduqda, Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olunacaqlar.

Din məcburi olduqda, iman şeytanın əsirinə çevrilir...

Sərvər Aslanov

O.M.