İndən belə Böyük Britaniya şahzadəsi qadın ola bilər

İndən belə Böyük Britaniya şahzadəsi qadın ola bilər

28 Oktyabr 2011 16:27
Bəyəndim (0) Bəyənmədim (0)
1701-ci ildə qəbul olunmuş qanun dəyişdirildi

Britaniya Millətlər Birliyinin Avstraliyanın Perte şəhərində keçirilən toplantısında Britaniya monarxiyasının taxt-tac varisliyi barədə qanuna edilmiş dəyişikliklər qəbul edildi. İndən belə varislik məsələsində cins deyil, ailədəki ardıcıllıq nəzərə alınacaq. Belə ki, taxt-taca cinsindən asılı olmayaraq ilk övlad sahib çıxacaq. Sammitdə çıxış edən Baş nazir Devid Kemeron məsələyə bu cür aydınlıq gətirdi: "Əgər şahzadə Uiliyamın ilk övladı qız olsa, taxt-taca o sahib çıxacaq, ondan sonra doğulacaq qardaşları yox".

Yeni qanun layihəsi 2007-ci ildən tərtib edilməyə başlayıb və Böyük Britaniyanın Millətlər Birliyi tərəfindən qəbul olunduqdan sonra qüvvəyə minib.

Buna qədər Britaniyada 1701-ci ildə imzalanmış "Taxt-tac Varisliyi Haqda Akt" fəaliyyət göstərirdi ki, bu da yalnız kişi şahzadələrin vəliəhdliyini təmin edirdi. Həmin qanuna əsasən, kiçik qardaşların varislik hüququ böyük bacılardan üstün tutulurdu.

Bundan əvvəl Baş nazir Devid Kemeron vəliəhdin katoliklə evlənməsini qadağan etməyi də təklif etmişdi. Belə ki, İngiltərə kilsəsinin rəhbərləri sayılan Britaniya şahına və şahzadəsinə katolik inanc yasaq edilir.

Xatırladaq ki, sammitdə 54 ölkənin nümayəndələri iştirak edirdi. Hansılar ki, bir vaxtlar Böyük Britaniya imperiyasının ərazilərinə daxil idilər. Hal-hazırda bu ölkələrin ümumilikdə 2 milyard əhalisi var. Tədbirə yalnız Hindistanın Baş naziri Manmoxan Sinqx qatılmamışdı.

Gender bərabərliyi feminizmin qələbəsi demək deyil...

Natiq Qocaman

O.M.