
Azərbaycan Ordusu itki verdi
Əsgər elektrik vurması nəticəsində öldü
Müdafiə Nazirliyinin Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissəsində ölüm hadisəsi qeydə alınıb. Milli Ordunun əsgəri, 19 yaşlı Taleh Teymur oğlu Hüseynbalazadə elektrik cərəyanı vurması nəticəsində ölüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini
Teymur Abdullayev faktı təsdiqləyib.
Qeyd edək ki, T. Hüseynbalazadə 2010-cu ildə Şəki Rayon
Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
Ehtiyatsızlıq əsgərin bir nömrəli düşmənidir...
Hafiz Əhmədov
O.M.
Digər xəbərlər