
Kim Kardaşyan:"Erməni olsam da, Türkiyə üçün dua edirəm"
Dünya şou biznesinin ulduzları Türkiyədəki təbii fəlakətə görə narahatdırlar
ABŞ-da yaşayan erməni mənşəli porno ulduz Kim Kardaşyan bu gün Twitter-dəki səhifəsində bu sözləri yazıb: "Erməni olsam da, Türkiyə üçün dua edirəm". Müğənni Rihanna da öz səhifəsində oxşar sözlər yazıb: "Türkiyə, biz sənin üçün dua edirik".
Dünya şöhrətli braziliyalı yazıçı Paolo Koelio isə əməli addım atıb. O, Twitter-dəki səhifəsində "Qızıl Aypara" Cəmiyyətinin Ankara şöbəsinin bank hesablarını qeyd edib və pərəstişkarlarını yardıma çağırıb.
Ümumiyyətlə, son günlər dünya şou-biznesinin tanınmış simaları Türkiyədəki zəlzələ ətrafında birləşiblər.
İnsan dünyanın hər yerində insandır...
Sərvər Aslanov
O.M.
Digər xəbərlər