VİDEO-Qəddafini öldürməzdən əvvəl zorlayıblar

VİDEO-Qəddafini öldürməzdən əvvəl zorlayıblar

27 Oktyabr 2011 20:17
Bəyəndim (0) Bəyənmədim (0)
Obama və Putin sabiq diktatorun ölümünü insanlığa zidd hesab edirlər

Global Post Qəddafinin öldürülməzdən əvvəl cinsi təcavüzə məruz qaldığını və alçaldıldığını bildirir. Qan içində olan 69 yaşlı diktatorun ifrazat orqanına kəsici alət soxulduğu şəkillərdən bəlli olur. Bu şəkillər internetə yerləşdirilən video görüntülər əsasında hazırlanıb. İtaliyanın Corriere della Sera xəbər agentliyi də zorlanma və alçaldılma faktlarını təsdiqləyir. Bundan əlavə, mətbu orqanı Sirt şəhərində əsir götürülmüş yüzdən artıq Qəddafi tərəfdarlarının da güllələndiyini bildirir.

Xatırladaq ki, 20 oktyabrda oğlu Mütəssimlə birlikdə ələ keçirilərək öldürülən Müəmmar Qəddafinin qətli ABŞ prezidenti Obama və Rusiya prezidentliyinə real namizəd Putin tərəfindən kəskin pislənilib. Hər iki halda işgəncəli qətl və bunun mətbuatda açıq-aydın işıqlandırılması faktları insanlığa zidd hərəkət adlandırılıb.

Hər bir insanın yaşamaq kimi ölmək hüququ da var. Qəddafini öldürənlər qəddarlıqda ondan geri qalmadılar...

Sərvər Aslanov

O.M.