VİDEO-Ermənilər 40-dan çox mahnı və rəqsimizi oğurlayıb

VİDEO-Ermənilər 40-dan çox mahnı və rəqsimizi oğurlayıb

27 Oktyabr 2011 19:45
Bəyəndim (0) Bəyənmədim (0)
Unudulmuş "Novruzu" və "Ənzəli" rəqslərinin musiqiləri müxtəlif operalarda səslənir

Biz incəsənətimizə, mədəni irsimizə biganə qaldıqca ermənilər onları mənimsəyərək, öz tarixi dəyərləri kimi təqdim edirlər. Xalq rəqsimiz olan "Novruzu" rəqsini vaxtilə Armen Tiqranyan "Anuş" operasında xəyalpərvər rəqs kimi işləmişdir, biz isə bu rəqsi tamamilə unutmuşuq. İkinci oğurlanmış rəqsimiz Spendiarovun işlətdiyi "Ənzəli" rəqsidir. Ümumiyyətlə, ermənilər tərəfindən 40-dan çox musiqi nümunəmiz və rəqslərimiz mənimsənilib. Kor Tiqran, Konitas, Spendiarov, Tiqranyan, Xaçaturyan və cazmen Babacanyan bizim muğam və musiqimizi alt-üst ediblər. XIX əsrdə kor Tiqran bütün muğamlarımızı nota köçürmüşdür, indi onların "Rast"ı, "Şur"u ümumiyyətlə bütün muğamları var. Belə ki, A.Spendiarov "Heydər"i muğamının ritmik hissəsini, həmçinin Hicaz muğamının girişini "Erivan etüdləri" əsərində simfonik orkestr üçün işləmişdir.

Keçmişinə sahib çıxmayanın gələcəyini oğurlayarlar...

Aydın Əliyev

O.M.