
Azərbaycan Səhiyyə Nazirliyi BMT Əhali Fondunun hesabatına etiraz edir
BMT-nin Əhali Fondunun "Dünya əhalisinin vəziyyəti - 2011" adlı hesabatında Azərbaycana dair heç bir mənbəyə əsaslanmayan bəzi yanlış məlumatlar var. Səhiyyə Nazirliyinin bununla bağlı yaydığı açıqlamada deyilir ki, Azərbaycan Dövlət Statistika Komitəsi tərəfindən ana və uşaq ölümünə dair göstəricilər illər üzrə dəqiqliyi ilə hesablanıb. Həmin göstəricilər eyni zamanda ÜST tərəfindən qəbul olunub və hesabata salınıb.
Nazirliyin açıqlamasında bildirilir ki, 1993-cü ildə
Azərbaycanda 0-1 yaşadək körpə ölümü hər min diri doğulana 28,2 faiz təşkil
edirdisə, son iki ildə bu göstərici 11 faizə enib. 0-5 yaşadək uşaq ölümü
1993-cü illə müqayisədə hər min diri doğulana 44,4 faizdən 4,3 faizədək azalıb.
Ana ölümü 1993-cü illə müqayisədə hər 100 min diri doğulana 34,4 faktdan
2010-cu ildə 15,7-dək azalıb. Əhalinin maarifləndirilməsi istiqamətində görülən
tədbirlər nəticəsində evdə doğuşlar əhəmiyyətli dərəcədə azalıb. 2010-cu ilin statistikasına
görə bu göstərici ümumi doğuşların 2,3 faizini təşkil edir.
Qeyd edək ki, BMT-nin Əhali Fondunun "Dünya əhalisinin vəziyyəti
- 2011" adlı hesabatında Azərbaycanda beş yaşına çatmamış uşaqlar arasında hər
1000 nəfərə təqribən 33 ölümün düşdüyü bildirilir. Məlumatda o da qeyd edilib
ki, ölkədə hər 100 000 doğuş zamanı 38 ana dünyasını dəyişir. Ölkədə doğuşların
88 faizi peşəkar tibbi personal tərəfindən qəbul edildiyi halda, qalan 12 faizi
ev şəraitində və peşəkar tibbi yardım olmadan baş verir.
Dünya bizi görmək istədiyi kimi görür...
Hafiz Əhmədov
O.M.