Azərbaycanda 32 həkim imtahanlardan keçə bilməyib

Azərbaycanda 32 həkim imtahanlardan keçə bilməyib

27 Oktyabr 2011 18:53
Bəyəndim (0) Bəyənmədim (0)

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 26-da fizioterapiya və tibbi bərpa və terapiya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 254 həkim iştirak edib. İmtahanlarda iştirak edən həkimlərdən 222 nəfəri uğurlu nəticə əldə edə bilib.

Növbəti test imtahanları noyabrın 2-də mamalıq-ginekologiya və nevrologiya ixtisasları üzrə keçiriləcək.

Həkim cəmi bir dəfə səhv edir...

Hafiz Əhmədov

O.M.