
Müəmmar Qəddafi dünyanın ən zəngin adamı imiş
Sabiq diktatorun ölümündən sonra onun mal varlığı haqda yayılan informasiya dünya ictimaiyyətini dəhşətə gətirdi. Sən demə, o, dünyanın ən zəngin adamı imiş. Liviya Milli Keçid Şurasının məlumatına görə, 200 mlrd. ABŞ dollarına malik olan Qəddafi 2010-2011-ci illərdə dünyanın ən zəngin adamı sayılan Karlos Slimdən 3 dəfə, Səudiyyə Ərəbistanı kralından 10 dəfə zəngin imiş. Sabiq diktator pullarını əsasən ölkə xaricindəki banklarda saxlayır və həmin ölkələrdə daşınmaz əmlaka verirdi. Məsələn, Müəmmar Qəddafinin oğlu Seyf əl İslam 2009-cu ildə Londonun zənginlər məhəlləsindən 15 mln. ABŞ dollarına villa almışdı. 41 il ölkəyə başçılıq etmiş insanın bu qədər zəngin olmasına baxmayaraq, Liviya iqtisadiyyatı və infrastrukturları inkişafdan xeyli geri qalırdı.
Kəfənin cibi olmur...
Sərvər Aslanov
O.M.