
Ordumuzun əsgəri bədbəxt hadisə nəticəsində ölüb
Müdafiə Nazirliyi faktı təsdiq etdi
Bədbəxt hadisə bu gün Müdafiə Nazirliyinin Sumqayıtda yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Milli Ordunun əsgəri, 19 yaşlı Cavid Elşən oğlu Əliyev döyüş növbətçi yük maşınının təkərinə hava dolduran zaman partlayış baş verib. Əsgər başından aldığı xəsarətdən dünyasını dəyişib. Qeyd edək ki, C. Əliyev 2010-cu ildə Ağdaş Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev faktı təsdiqləyib.
Allah rəhmət eləsin!
Hafiz Əhmədov
O.M.
Digər xəbərlər